Noyabrın 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 12:00-dan etibarən 11 saylı Şəmkir Ərazi İdarəsinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 13) Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.
Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı qəbula gəlmək istəyənlər (050) 816 52 76 nömrəli telefonla və ya dedkr.11sayli@emlak.gov.az elektron ünvanı vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.